2025-ci ilin 11 ayında qeyri-neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda isə 1.8% azalma qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk
Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq cari ilin 11
ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır.

Trend xəbər
verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar
iclasında 2026-cı il dövlət büdcəsi zərfinə daixl olan qanun
layihələrinin müzakirəsi zamanı deyib.




Baş nazir bildirib ki, güclü xarici balans, aşağı dövlət borcu
və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi
qeyd olunmalıdır.

“Cari ilin 11 ayında Ümumi Daxili Məhsul 1.6% artmışdır, o
cümlədən qeyri neft-qaz sektorunda 3.2% artım, neft-qaz sektorunda
isə 1.8% azalma qeydə alınmışdır. İqtisadi artımın dinamikasında
nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə
aşağı düşməsidir”, – deyə o vurğulayıb.