Bakıda “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya
Əqli Mülkiyyət Təşkilatı tərəfindən “Əqli mülkiyyət və süni
intellekt” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər
verir ki, konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət
Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Avrasiya Patent
İdarəsinin prezidenti Qriqori İvliyev, ÜƏMT-nin Əqli Mülkiyyət və
Qabaqcıl Texnologiyalar departamentinin direktoru Ulrike Till çıxış
edəcəklər.




Konfrans panel müzakirələrlə davam edəcək.

Xəbər yenilənəcək