Azər Türk Bank güzəştli mənzillərin satışı üzrə sənəd qəbuluna başlayıb

Baş səhifə

Bakı. Trend:

Dövlət bankı Azər Türk Bank ölkədə yeni güzəştli mənzillərin
satışı üzrə sənədlərin qəbulunu həyata keçirir.

Belə ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət
Agentliyinin layihələri – Hövsan Yaşayış Kompleksinin birinci
mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt
Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış
Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində
mənzillərin güzəştlə satışı baş tutmuşdur. Bununla əlaqədar olaraq
Bankın Rəqəmsal 6,
GəncəŞirvan filiallarında
sənədlərin qəbulu və rəsmiləşdirilməsi həyata keçiriləcəkdir.




Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial
şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770
945
, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə
bilərsiniz.