
Bakı. Trend:
Avstraliyanın Nyu-Saus Uels bölgəsində yerləşən meşələrdə 50-dən
çox yanğın ocağı meydana gəlib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Yanğın ocaqlarından doqquzu nəzarətdən çıxıb və geniş ərazilərə
yayılmağa başlayıb. Həftəsonu ərzində fəlakət zonasında 20-yə yaxın
evin yandığı bildirilir.
Əraziyə çox sayda yanğınsöndürmə briqadaları səfərbər olunub.
Yanğının söndürülməsi əməliyyatına könüllü qismində qoşulan bir
sakin ağacın üzərinə aşması nəticəsində həyatını itirib. Buladila
adlanan yaşayış məntəqəsi yaxınlığında isə hadisə yerində 59 yaşlı
kişi ürək tutmasından dünyasını dəyişib.
Tasmaniya bölgəsində 700 hektar ərazini ehtiva edən yanğın
Dolfin Sends yaşayış məntəqəsində 19 evi məhv edib, 40-a yaxın
daşınmaz əmlaka ziyan dəyib.


