Emin Əmrullayev: Təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi vacibdir

Baş səhifə
Emin Əmrullayev: Təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi vacibdir

Tədrisin hansı dildə aparılmasından asılı olamayaraq, təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi əsas məsələdir.

“Report”un məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“Aydındır ki, ölkəmizdə Azərbaycan dili ilə yanaşı, digər dillərdə də tədris aparılır. Tədrisin hansı dildə aparılmasından asılı olamayaq, təhsilalanın Azərbaycan dilini mükəmməl bilməsi əsas məsələdir”.

Nazir qeyd edib ki, bu istiqamtdə müxtəlif planlar var: “Əsas məsələ Azərbaycan dilinin tədris saatının artırılması olacaq”.