İrandan çıxarılan əfqanların sayı 1,8 milyonu keçib

Baş səhifə

Bakı. Trend:

21 martdan bəri İrandan çıxarılan Əfqanıstan vətəndaşlarının
sayı 1,8 milyon nəfəri keçib.

Trend-in
məlumatına görə, bunu İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasan
vilayəti valisinin müavini Əmrulla Şəməqdəri yerli mediaya
açıqlamasında deyib.

Onun sözlərinə görə, əfqanların bir hissəsi Rəzəvi Xorasan
vilayətindən, digər bir hissəsi isə ölkənin 11 vilayətindən
çıxarılıb. Əfqanıstan vətəndaşları Rəzəvi Xorasan vilayətində
yerləşən Doğarun sərhəd-keçid məntəqəsi vasitəsi ilə ölkəni tərk
ediblər.




Valilik rəsmisi bildirib ki, İran əleyhinə 12 günlük müharibədən
sonra ölkədən çıxan əfqanların sayında ciddi artım müşahidə
olunurdu. Lakin son aylarda bu tendensiyada bir sabitlik müşahidə
olunur və ciddi şəkildə azalma qeydə alınıb.

Şəməqdəri qeyd edib ki, Əfqanıstan vətəndaşlarının kütləvi
şəkildə ölkəni tərk etməsinin işçi qüvvəsi çatışmazlığı yaradacağı
düşünülsə də, rəsmi statistikalar bu təsəvvürün düzgün olmadığını
təsdiqləyir. Əfqanıstan vətəndaşlarının ölkədən çıxışının əmək
bazarı, şəhər xidmətləri və s. sektorlarda təsiri 10%-dək olub. Bu
isə ciddi dəyişiklik hesab edilmir.