Bakı və ətraf rayonlarda 50-dən çox tibb müəssisəsində elektron monitorlar və növbə terminalları quraşdırılıb
“Report” xəbər verir ki, bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə deyib.
Onun sözlərinə görə, bu sistem ümumilikdə növbə sisteminin tənzimlənməsi baxımından, xüsusilə də böyük yüklənmə olan müəssisələr üçün əhəmiyyətlidir:
“Ən çox sıxlıq yaradan müəssisələrdən biri Abşeron Rayon Mərkəzi Xəstəxanasıdır. Çünki Abşeron Rayon Mərkəzi Xəstəxanası region üzrə həm rayonlardan, həm də Sumqayıt və Abşeron rayonlarından gələn vətəndaşların müraciət etdiyi əsas tibb müəssisələrindən biridir. Artıq həmin müəssisədə növbə terminallarının quraşdırılmasından əlavə, növbələrin tənzimlənməsi prosesi də tətbiq edilir”.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

