Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb – YENİLƏNİB

Baş səhifə

Dekabrın 7-də saat 2 radələrində Biləsuvar rayonunun Zəhmətabad kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, V. Həsənlinin idarə etdiyi “Lexus” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yolun kənarından keçən su kanalına aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 nəfər sərnişin ölüb.
Araşdırma aparılır.

***

saat 09.44

Biləsuvarda avtomobil kanala aşıb, 5 nəfər ölüb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Zəhmətabad kəndində baş verib.

Gecə saatlarında kənddə yolda idarəetmədən çıxan “Lexsus” markalı minik avtomobili kanala aşıb. Nəticədə maşında olan 5 nəfər suda boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.