Avropa Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır – Orban

Baş səhifə

Bakı. Trend:

Avropa Rusiya ilə mümkün silahlı qarşıdurmaya hazırlaşır və
hərbi yönümlü iqtisadiyyat formalaşdırır.

Trend xəbər verir ki, bunu
Macarıstanın Baş naziri Viktor Orban bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının rəsmi mövqeyi 2030-cu
ilə qədər müharibəyə hazır olmaqdır və bu məqsədlə hərbi
iqtisadiyyat yaradılır.




Orban qeyd edib ki, Aİ ölkələri avtomobil istehsalını silah və
zirehli texnika buraxılışına yönəltməyə başlayıblar.

O vurğulayıb ki, hərbi genişlənmənin dörd mərhələsi var.

“Birinci mərhələ – diplomatik əlaqələrin kəsilməsi və bu artıq
baş verib. İkinci mərhələ – iqtisadi sanksiyaların tətbiqi və
əməkdaşlığın dayandırılması. Üçüncü mərhələ – çağırış sisteminin
tətbiqi və hərbi iqtisadiyyata keçid, hazırda həm biz, həm də
Brüssel bu mərhələdəyik. Dördüncü mərhələ isə birbaşa toqquşma
mərhələsidir”, – deyə Orban bildirib.