Bakı. Trend:
İtaliya nəhəngləri “Leççe”nin gənc müdafiəçisi üçün hərəkətə
keçib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, İtaliyanın “Yuventus” və “Napoli”
klubları “Leççe”nin mərkəz müdafiəçisi Tiaqo Qabrielin transferində
maraqlıdırlar.
Hər iki klub qış transfer pəncərəsində 20 yaşlı futbolçunu
heyətinə qatmağı planlaşdırır.
Neapol təmsilçisinin, həmçinin “Sassuolo”nun müdafiəçisi Tarik
Muharemoviçi də izlədiyi bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 15 oyunda meydana
çıxan Qabriel 1 qolla yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci
ilin yayına qədərdir.

