Bakı. Trend:
“Beşiktaş”da qış transfer pəncərəsi üçün hazırlıqlar rəsmi
olaraq başlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, futbol A komandasının koordinatoru
Serkan Reçber siyahıda yer alan futbolçularla bağlı danışıqlar
aparmaq üçün xaricə yollanıb.
Transferlərdə sol cinah müdafiəçisi, mərkəz müdafiəçisi və
yarımmüdafiə xəttinə üstünlük veriləcək. “Ağ-qaralar”ın mərkəz
müdafiəçisi namizədləri arasında “Çelsi”nin oyunçusu Aksel Disasi
də yer alır.
Yay transfer dönəmində də “Beşiktaş”ın gündəmində olan Disasi
“Çelsi”də kifayət qədər şans əldə etmədiyi üçün komandadan ayrılmaq
istəyir.
“Çelsi”nin heyətində 61 matça çıxan 27 yaşlı müdafiəçi 5 qol və
2 məhsuldar ötürmə ilə yadda qalıb. Fransalı futbolçunun müqaviləsi
2029-cu ildə başa çatır.

