
Tərtər.Trend:
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov
saxlanılıb.
Trend-in
yerli bürosunun məlumatına görə, S.Axundovun rayon ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsiylə məşğul olduğu müəyyən
edilib.
Onun üzərindən və yaşadığı ünvandan satış məqsədi ilə əldə
etdiyi çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin
aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs
qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


