Bakı. Trend:
Konqo Demokratik Respublikası ilə Ruanda arasında Vaşinqtonda
əldə olunmuş sülh razılaşmasına rəğmən, bölgədə vəziyyət daha da
ağırlaşıb.
Trend xəbər verir
ki, Ruanda ilə sərhəddə yerləşən Kamanyola şəhəri intensiv hücuma
məruz qalıb.
Hücum zamanı ağır artilleriyadan istifadə edildiyi bildirilir.
Mülki şəxslər arasında itkilər barədə məlumatlar ziddiyyətlidir və
dəqiq statistika hələlik açıqlanmayıb.
Qeyd edək ki, dekabrın 5-də Vaşinqtonda tərəflər arasında sülhə
dair ilkin razılıq əldə edilmişdi. ABŞ Prezidenti Donald Tramp
sözügedən razılaşmanı “möcüzə” kimi qiymətləndirmişdi.

