Bakıda kafedə partlayış olub – Xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış
baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin
qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi
fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani
alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.




Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi
xəsarət alıb.

FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik
tədbirləri görülüb.

Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma
aparılır.