Bakı. Trend:
Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubilius
bəyan edib ki, Avropa Ukraynadakı münaqişənin həlli üçün öz planını
hazırlamalıdır.
Trend-in
məlumatına görə, bu barədə Avropanın “Politico” nəşri məlumat
yayıb.
Avropa komissarının sözlərinə görə, Avropa İttifaqı (Aİ)
geosiyasi proseslərdə güclü mövqe tutmağa hazır olmalı və o
cümlədən Ukraynada sülhün əldə olunması ilə bağlı öz planlarına
sahib olmalıdır.
O qeyd edib ki, Brüsselin amerikalı dostları tərəfindən
hazırlanan plandan əlavə, Avropa ölkələrinin təşəbbüslərinin də
müzakirə olunması vacibdir.

