Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı
arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil
olub.
Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri
çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş
halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

