Xocavəndin Kiş kəndində 40 ev təmir olunucaq – 2,7 milyon manatlıq LAYİHƏ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq işləri
mərhələli şəkildə davam etdirilməkdədir.

Trend-in
dövlət satınalmalarının vahid internet portalına istinadən
məlumatına görə, bu işlərin davamı kimi Xocavənd rayonunun daha bir
kəndində evlərin təmirinə başlanılır.

Məlumata əsasən, bu dəfə rayonun Kiş kəndində fərdi yaşayış (40
ev – 7600 m2) evlərinin əsaslı təmir işləri aparılacaq. Belə ki,
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə
Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını “Fasttech” Məhdud Məsuliyyətli
Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.




Müqaviləyə əsasən, şirkətə 2,656 milyon manat ödənilib.

Beləliklə, bir evin təmiri təqribən 66,4 min manata başa
gələcək.

İşlərin həvalə olunduğu MMC 2020-ci ildə dövlət qeydiyyatına
alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi
Axundov Şəmsi Şöhlət oğludur.