
Bakı. Trend:
Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyinin və “ASAN
Xidmət”in tərəfdaşlığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının
təşkilatçılığı ilə 2025-ci il dekabrın 4-dən 18-dək səkkizinci
Azərbaycan Könüllülük Həftəsi keçiriləcək.
Trend xəbər
verir ki, builki Azərbaycan Könüllülük Həftəsi “Konstitusiya və
Suverenlik İli”nə həsr olunacaq.
Həftə çərçivəsində fəaliyyətlərin ümumilikdə beş prioritet mövzu
üzrə həyata keçirilməsi nəzərdə tutulub.
“Zəfər – 5 il”, “Konstitusiya – 30 il”, “Suveren Azərbaycan”,
“Milli birlik” və“Könüldən könüllü” olaraq seçilmiş mövzular
könüllülər arasında milli–mənəvi dəyərlər, milli birlik, Vətən
müharibəsində qazanılan qələbə və suverenliyimizin təbliğ edilməsi
ilə onların vətəndaşlıq məsuliyyətinin artırılması, ictimai
fəallığa təşviqi və könüllü fəaliyyətlərdə daha şüurlu iştirakının
təmin olunmasına xidmət edir.
Qeyd olunan mövzulara əsasən keçirilməsi nəzərdə tutulan
tədbirlərdən biri də hər il ənənəvi olaraq keçrilən Azərbaycan
Könüllülərinin Həmrəylik Forumudur.
Üç mindən çox könüllünün iştirak edəcəyi forum çərçivəsində
İttifaqa üzv olan könüllü təşkilatlarının sərgisi keçiriləcək və il
ərzində ölkəmizdə könüllülüyün inkişafı istiqamətində həyata
keçirilən fəaliyyətlərin ictimaiyyətə təqdimatı baş tutacaq.
Həmçinin ənənəvi olaraq il ərzində fəaliyyətlərinə görə
fərqlənən könüllülər müxtəlif nominasiyalar üzrə təltif
oluncaqlar.
Xəbər yenilənəcək

