Lavrov ATƏT-i tənqid etdi

Baş səhifə

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) neytrallığını itirib.

Metbuat.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, ATƏT Qərbin siyasi maraqlarını müdafiə edən təşkilat olub.O, NATO və Aİ ölkələrinin ATƏT-in hərbi-siyasi ölçüsünü məhv etdiyini və təşkilatın yaşamasının bərabərlik və qarşılıqlı hörmətə əsaslanan dialoqdan asılı olduğunu vurğulayıb.

Lavrov bildirib ki, Qərb 1990-cı illərdən NATO-nun genişləndirilməsi prosesinə başlayıb ki, bu da Sovet İttifaqına verilən zəmanətlərin pozulmasıdır.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.