Polşa, Almaniya və Norveç Ukraynaya “Patriot” raketləri alacaqlar

Baş səhifə

Bakı. Trend:

Polşa, Almaniya və Norveç PURL proqramı çərçivəsində Ukraynaya “Patriot” sistemləri üçün 500 milyon dollar dəyərində raket
alacaqlar.

Trend xəbər verir ki, bunu
Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə NATO
Xarici İşlər Nazirlərinin iclasından sonra jurnalistlərə deyib.




Diplomat əlavə edib ki, satınalmada Varşavanın payı 100 milyon
dollar olacaq.