“Karvan-Yevlax”ın məşqçisi: “Qarabağ”a qalib gəlmək çox çətindir”

Baş səhifə
Karvan-Yevlaxın məşqçisi: Qarabağa qalib gəlmək çox çətindir

“Qarabağ” komandasına qalib gəlmək çox çətindir.

“Report” xəbər verir ki, bunu “Karvan-Yevlax”ın məşqçisi Füzuli Məmmədov “Qarabağ” komandası ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında bildirib.

“Qarabağ”a qarşı matçlar hər zaman gərgin və çətin keçir. Futbolçularımız bu gün olduqca fədakar çıxış etdilər. Meydanda əzmkar “Karvan-Yevlax” gördük. “Qarabağ” komandasına qalib gəlmək çox çətindir. Azərbaycan Kubokunda mübarizəni başa vurduq. Artıq bütün diqqətini Misli Premyer Liqasının qarşılaşmalarına yönəldəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Karvan-Yevlax” oyunu “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə bitib. Yevlax kollektivi 1/8 finalda mübarizəni dayandırıb.