Bakı. Trend:
Suriyanın Xarici İşlər Nazirliyi, ölkənin azad olmasının birinci
ildönümündə, 14 il aradan sonra Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurası (BMT TŞ) heyətinin paytaxt Dəməşqə rəsmi bir
səfər edəcəyini açıqlayıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, BMT TŞ heyəti, dekabrın 8-də –
Suriya tərəfindən Milli bayram elan edilən gündə Dəməşqi ziyarət
edəcək.
Açıqlamada, bu ziyarətin beynəlxalq ictimaiyyətin “yeni
Suriya”ya verdiyi dəstəyi və ölkənin yenidən qurulması,
suverenliyinin gücləndirilməsi və sabitliyin təmin edilməsi
prosesinə bağlılığını göstərdiyi ifadə olunub.

