Gəncədə avtomobillə moped toqquşub, xəsarət alan var

Baş səhifə

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində orta məktəbin qarşısında qeydə alınıb. Minik maşınının mopedlə toqquşması nəticəsində mopedin sürücüsü 2005-ci il təvəllüdlü Ə.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.