
İmişli rayonunda növbəti əmək yarmarkası keçirilib.
“Report”un Muğan bürosunun məlumatına görə, yarmarka Mil-Muğan Regional Məşğulluq filialının təşkilatçılığı ilə baş tutub.
Yarmarkada 15 işəgötürən tərəfindən işsiz və işaxtaran şəxslərə 100-ə yaxın vakansiya təqdim olunub.
Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən tərcümeyi-halları qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

