Kəlbəcərdə sementlə dolu maşın aşıb, xəsarət alan var

Baş səhifə

Kəlbəcərdə sementlə dolu yük maşını aşıb.

APA-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində Namiq Əhmədovun idarə etdiyi “DONGFENG” markalı sement daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.