
Bərdə. Trend:
Bərdədə müəllim özünü kanala atan ruhi xəstə qızını xilas etmək
istəyərkən suda boğularaq dünyasını dəyişib. Hadisə rayonun Nazırlı
kəndində baş verib.
Trend-in
Qarabağ bürosunun əldə etdiyi məlumata görə, uzun illərdir ruhi
xəstəlikdən əziyyət çəkən kənd sakini 1981-ci il təvəllüdlü
Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən dren
kanala atıb.
Belə ki, bunu görən atası 1957-ci il təvəllüdlü (68 yaş) Kərimov
Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da suda boğularaq
ölmüş, qızı kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan
çıxarılaraq xilas edilib.
Qeyd edək ki, dünyasını dəyişən müəllim uzun illər kənd orta
məktəbində ibtidai sinif müəllimi kimi çalışıb.

