
Bakı.Trend:
Zuğulba-Bakı şossesində yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in
məlumatına görə, hadisə dekabrın 2-si qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Dilafət Bağırzadə “KİA” markalı
avtomobillə Zuğulba-Bakı şossesində hərəkətdə olarkən 1979-cu il
təvəllüdlü Rəhim Novruzovun idarə etdiyi “KAMAZ” markalı
avtomobillə arxadan toqquşub.
Hadisə nəticəsində “KİA” markalı avtomobilin sərnişini 1963-cü
il təvəllüdlü Cavahir Məmmədova aldığı xəsarətlərdən hadisə yerində
ölüb, Bağırzadə Məhərrəm Dilafət oğlu və Bağırova Məhbubə İsmayıl
qızı bədən xəsarətləri alıb.
Faktla bağlı Xəzər RPİ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət
işi başlanaraq istintaq aparılır.


