Bakı. Trend:
Google korporasiyasının mütəxəssisləri Android əməliyyat
sistemində ümumilikdə 107 təhlükəsizlik boşluğu aşkar ediblər.
Trend-in
məlumatına görə, mütəxəssislər aşkar edilən boşluqların aradan
qaldırılması üçün xüsusi yeniləmə hazırlayıblar. İstifadəçilər bu
yenilənməni dekabrın 5-dən etibarən yükləyə biləcəklər.
Mühəndislər ən təhlükəli boşluqların CVE-2025-48633 və
CVE-2025-48572 olduğunu bildiriblər. Hər iki boşluq Android
Framework-də imtiyazların artırılması və məlumatlara icazəsiz
çıxışla əlaqəlidir.
Qeyd olunur ki, bu boşluqlardan istifadə etməklə smartfonlara
uzaqdan hücumlar həyata keçirmək mümkündür. Hakerlərin artıq
sözügedən boşluqlardan öz hücumlarında yararlandığı da
vurğulanıb.

