Azərbaycan hərbçiləri Türkiyədə “Şərqi Aralıq Dənizi-2025” təlimində iştirak edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan hərbçiləri Türkiyədə keçirilən “Şərqi Aralıq
Dənizi-2025” Dəvət Təliminin müşahidəçi günündə iştirak
ediblər.

Trend xəbər verir
ki, məlumatı Türkiyənin Müdafiə Nazirliyi X səhifəsində yayıb.

Məlumata görə, təlimə Azərbaycandan dəniz desantı heyəti,
ABŞ-dən terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistandan dəniz
patrulu təyyarəsi qatılıb.

Bundan əlavə, 19 ölkə müşahidəçi qismində iştirak edib.