KİV: Uitkoff və Kuşner Putinlə danışıqlardan sonra Avropada Zelenski ilə görüşəcək

Baş səhifə

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və onunla birlikdə Moskvaya səfər edən Devid Kuşner Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra Avropaya gedəcəklər.

APA xəbər verir ki, bu barədə “Axios” anonim mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, amerikalı nümayəndələr Avropanın hələlik adı çəkilməyən bir ölkəsində Ukrayna lideri Volodimir Zelelnski ilə görüşərək onu Putinlə müzakirələr barədə məlumatlandıracaqlar.

Qeyd edək ki, Uitkoff və Kuşner Putinlə Ukrayna münaqişəsinin həlli ilə bağlı planı müzakirə etmək üçün Kremlə gəliblər.