Rusiyada güclü zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka bölgəsində 5,6 bal gücündə zəlzələ baş
verib.

Trend xəbər verir
ki, bu haqda Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Kamçatka filialı məlumat yayıb.




Bildirilib ki, zəlzələnin episentri Petropavlovks-Kamçatsk
şəhərindən 369 kilometr məsafədə qeydə alınıb. Yeraltı ocağı isə
26,5 kilometr dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər barədə məlumat daxil olmayıb.