
“Müharibə sona yaxınlaşır. Ola bilsin ki, bu il baş verməsin, amma 2026-cı ilin fevral və ya mart ayında baş verə bilər.
APA xəbər verir ki, bunu Ukrayna Ali Radasının milli təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fyodor Venislavskiy deyib.
Onun sözlərinə görə, Ukrayna Cenevrədə çox da xoş olmayan bəndlərə razı olub, bəzilərini isə müdafiə edib.
“Və hələ biz bu sülh müqaviləsi və Ukrayna üçün çox həssas olan bəndlərlə bağlı xarici siyasət məsələsini həll etməyincə, daxili siyasi məsələlər heç bir halda aktuallıq qazanmayacaq”, – deputat qeyd edib.

