Honq Konqda yanğında ölənlərin sayı 156-ya çatıb, 15 nəfər həbs olunub

Baş səhifə

Honq Konqda yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, hadisə ilə bağlı 15 nəfər həbs olunub, istintaq prosesi başlayıb.

“Oxşar faciələrin qarşısının alınması üçün biz hakimin nəzarətində olan bir komitə yaradacağıq”, – Honq Konq hakimiyyət orqanının rəhbəri Con Li bildirib.

Qeyd edək ki, yanğında təxminən 30 nəfər itkin düşmüş hesab olunur.