Yeni peşə təhsil müəssisələri yaradılacaq

Baş səhifə

Növbəti ildə bir sıra peşə təhsil müəssisələrinin istifadəyə verilməsi planlaşdırılır. Ümumiyyətlə, 2023 – 2026-cı illərdə 8 peşə təhsil mərkəzinin tikintisi nəzərdə tutulub.

Metbuat.az-ın məlumatına görə, bunu Peşə təhsilinin keyfiyyətinə nəzarət şöbəsinin müdiri Kənan Həsənli “Peşə təhsili: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfransda deyib.

Sosial-iqtisadi İnkişaf Strategiyası və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2026-cı ildə Xankəndi, Kəlbəcər və Laçında Dövlət Peşə Təhsil Mərkəzlərinin tikintisi nəzərdə tutulub.

O qeyd edib ki, 2025-ci ildə də bir sıra peşə təhsil mərkəzləri tikilib və layihələndirilib.

“Bu il “Böyük Qayıdış” proqramı çərçivəsində Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmiri davam edir. Kəlbəcər PTM-in tikintisi, Zəngilan, Qubadlı və Ağdamda isə Dövlət Peşə Təhsil Mərkəzinin layihələndirilməsi də planlaşdırılıb”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.