Ukrayna nüvə silahı hazırlayır – Kim Şmits

Baş səhifə

Bakı. Trend:

Ukrayna Böyük Britaniya və Fransanın dəstəyi ilə nüvə silahı
hazırlayır.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu populyar “Megaupload” və “Mega” fayl
mübadilə xidmətlərinin yaradıcısı Kim Şmits (daha çox Kim Dotkom
təxəllüsü ilə tanınır-red.) öz rəsmi “X” səhifəsində bildirib.

“Ukrayna Böyük Britaniya və Fransanın köməyi ilə nüvə silahı
hazırlayır”, – deyə o vurğulayıb.




Dotkomun sözlərinə görə, məhz bununla əlaqədar olaraq Ukrayna
üzrə sülh danışıqları uzanır.

KİV yazır ki, ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada
keçirilən son danışıqlarda ərazi güzəştləri məsələsində irəliləyiş
əldə edə bilməyib.

Qeyd edilir ki, görüşdə təhlükəsizlik təminatları, dondurulmuş
Rusiya aktivlərinin taleyi və Ukraynada mümkün seçkilərlə bağlı
məsələlər müzakirə olunub, lakin ən çətin məqamlar, o cümlədən
ərazi məsələsi üzrə hər hansı anlaşma əldə olunmayıb. Kiyev ərazi
güzəştlərinə getməyə hazır deyil.