
Bakı. Trend:
ABŞ-ın Dövlət katibi Marko Rubio və Dövlət Departamenti Amerika
hakimiyyətinin təhlükəli hesab etdiyi bəzi qanuni miqrantların
vizalarını ləğv edib.
Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt
məlumat verib.
“Rubio öz səlahiyyətindən istifadə edərək ölkəyə qanuni şəkildə
daxil olan, lakin ABŞ üçün təhlükə yaradan və əslində heç vaxt
qəbul edilməməli olan çoxsaylı şəxslərin vizalarını ləğv edib”, –
deyə Levitt bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti ABŞ vizası üçün
müraciət edənlərlə bağlı tələbləri və yoxlama prosedurlarını xeyli
sərtləşdirib.


