Bakı. Trend:
Bu yazını elə özüm nəql edirəm. Ümid edirəm ki, bu məqaləm
mediada paylaşılar və hər kəs bundan xəbərdar olar.
Mən Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin, görünüş
olaraq yaşadıqlarıma görə çox yaş vermək olar.
Həyat yoldaşımı çox sevirdim, elə sevərək də ailə qurmuşduq.
Evliliyimizin 1-ci ilində xəyalımızda olan evi tapdıq, gənc cütlük
olaraq evi sərfəli şərtlərlə ipoteka krediti ilə götürdük.
Yoldaşım Salman karyerasında uğur qazanmış birisi idi.
Məsuliyyətli idi, hətta gecələr də evdən işləyərdi. Mən isə ana
olduqdan sonra karyerama fasilə vermişdim. Bilmirəm, bəlkə də
yoldaşıma çox güvəndiyim üçün işləmək istəmirdim.
Evi ipoteka götürərkən, bank bizə “İpoteka Həyat Sığortası”
təklif etmişdi. Mən həyata pozitiv yanaşan biriyəm, belə şeylərə
əlavə xərc kimi baxırdım. Düzdü, ipoteka ilə mənzil alarkən bu
sığorta növü məcburidir. Salman isə məndən fərqli olaraq, hər şeyi
sığortalı etməyin tərəfdarı idi. “Birdən nəsə olar”, “Hər ehtimala
sığortalı olaq” – həmişə belə düşünürdü.
Salmanın işində davamlı olaraq səyahət etməsi lazım idi, mən isə
çox zaman qızımla evdə tək qalırdım. Bu səbəbdən, Salmana mənzilin
sığortalı olması güvən verirdi.
Bir gün Salman iş səyahəti üçün hava limanına gedərkən taleyin
qəribə bir oyunu baş verdi. O, yol qəzasında həyatını itirdi.
Avtomobil sağ tərəfdən güclü zərbə aldığı üçün Salman elə yerindəcə
dünyasını dəyişmişdi. Salmanın yoxluğu hər tərəfdən məni dərin bir
boşluğa salmışdı.
İtkidən sonra heç mənzilin sığortalı olduğu ağlıma da gəlmirdi.
Məbləğ hədsiz dərəcədə çox idi, bir neçə ayı bağlamaq üçün mən
zinyət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma bu həyat
sığortası elə bir gündə, elə bir vəziyyətdə mənə dəstək oldu ki,
bunun sözlə ifadəsi çətindir. Mənzilimizin qalan kredit borcunu
həyat sığortası öz üzərinə götürdü.
Həmin dövrlərdə fikirlərim qarışıq idi, son zamanlar yaddaş
problemi də yaşayırdım. Həyat sığortası şirkəti tərəfindən
proseslərin necə getdiyini tam xatırlamıram, amma onu bilirəm ki,
çox az bir müddətdə ipoteka kreditimiz şirkət tərəfindən
ödənildi.
İpoteka krediti götürən bütün şəxslərdən bu həyat sığortasına
önəm vermələrini rica edirəm. Boş şeydir deyib keçməyin, bəlkə də
bu sizin həyat xilaskarınızdır.

