Fransada səfərdə olan Zelenski Makronla görüşüb

Baş səhifə

Bakı. Trend:

Parisin Yelisey sarayında Ukrayna Prezidenti Volodimir Zelenski
ilə onun fransalı həmkarı Emmanuel Makron arasında görüş
keçirilir.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Makron artıq Zelenskini sarayın önündə
qarşılayıb. Ölkə liderləri bir-birinin əlini sıxaraq qucaqlaşıblar,
ardınca danışıqlar üçün içəri yollanıblar.




Mətbuata qapalı keçirilən görüşdə liderlərin Ukrayna ətrafında
mövcud vəziyyəti və dayanıqlı sülhün əldə edilməsi şərtlərini
müzakirə edəcəkləri gözlənilir.

Danışıqlar Cenevrə müzakirələri, ABŞ-nin sülh planı və Avropa
müttəfiqləri ilə koordinasiya kontekstində aparılacaq. Gündəliyə
eyni zamanda “İstəklilər koalisiyası” çərçivəsində Ukraynaya
təhlükəsizlik zəmanətlərinin verilməsi məsələsinin daxil olduğu
ehtimal edilir.