
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp cinayət törətməkdə ittiham olunan
miqrantlar Amerika vətəndaşlığından məhrum edilə biləcəyi ilə
hədələyib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Ağ Evin rəhbəri Floridadan
Vaşinqtona yollanarkən təyyarənin göyərtəsində jurnalistlərə
bildirib.
“Əgər cinayətkarlar ölkəmizə gəlib vətəndaşlığı Baydenin
dövründə və ya onların nə ilə məşğul olduqlarını bilməyən başqa
birisinin vaxtında əldə ediblərsə, imkanım olsaydı, mən onları
mütləq şəkildə vətəndaşlıqdan məhrum edərdim”, – deyə Tramp
bildirib.
Qeyd edilir ki, 28 noyabrda ABŞ Vətəndaşlıq və İmmiqrasiya
Xidməti (USCIS) əcnəbilərin sığınacaq verilməsi ilə bağlı
ərizələrinin baxılması üzrə bütün prosedurları dayandırıb. Həmin
gün ABŞ hakimiyyəti həmçinin Əfqanıstan vətəndaşlarına viza
verilməsini dayandırmaq barədə qərar qəbul edib. Bundan əvvəl Tramp
administrasiyasının ölkəyə gələn sığınacaq axtaran şəxsləri
deportasiya etməyi və üçüncü dünya ölkələrindən immiqrasiyanı
müddətsiz dayandırmağı planlaşdırdığını bildirmişdi.


