Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) “Nova Credit BOKT” və “BOKT İDK”
MMC-lər, eləcə də “Azərbaycan Mikro-Kredit” ASC bank olmayan kredit
təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə
cəlb edib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.




Belə ki, aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank
olmayan kredit təşkilatları haqqında” qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın
Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü
bəndinin tələblərinin pozulması halları aşkarlanıb.

Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun
olaraq, sözügedən BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min
manat, 2 min manat və 10 min manat cərimələnib.