Azərbaycanda bu vaxtadək İİV-infeksiyasından vəfat edənlərin sayı açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci
ildən 2025-ci ilin noyabr ayının sonunadək Respublika QİÇS-lə
Mübarizə Mərkəzində 11 413 Azərbaycan vətəndaşı rəsmi qeydiyyata
alınıb.

Trend xəbər
verir ki, bu fikirləri QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil
Məmmədov Ümumdünya QİÇS-lə mübarizə gününə həsr olunan konfransda
çıxışı zamanı səsləndirib.




F. Məmmədov bildirib ki, qeydiyyatda olanların 71,6%-ni kişilər,
28,4%-ni isə qadınlar təşkil edir.

“Ümumilikdə 1987-ci ildən cari ilin noyabr ayının sonunadək
İİV-infeksiyasından dünyasını dəyişənlərin sayı 1 540 nəfər olub”,
– deyə o əlavə edib.