Bakı metrosunda qatarların hərəkətində gecikmə yaranıb

Baş səhifə

Bakı. Trend:

“Nərimanov” elektrik deposunun yol sahələrində yüksək
gərginliyin verilməsində yaranan qısamüddətli fasilə səbəbindən
Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkəti intervalında
gecikmələr var.

Trend xəbər verir ki, bu
barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən məlumat
verilib.

“Həmçinin “Bakmil” stansiyasının fəaliyyəti məhdudlaşmışdır.




Texniki xidmətlərimiz müvafiq enerji təminatının bərpası üçün
operativ şəkildə iş aparır.

Vəziyyət tam bərpa edildikdən sonra əlavə məlumat
paylaşılacaq.

Sərnişinlərimizdən yaranmış narahatlığa görə üzr istəyir,
vəziyyəti anlayışla qarşılamalarını xahiş edirik”, – məlumatda
bildirilib.