Cəlilabadda qətl: ər öldü, şübhəli qadın saxlanıldı

Baş səhifə

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Vüsal Cəfərov qətlə yetirilib.

Onu qətlə yetirməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı Kəsirə Cəfərova artıq saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.