Naxçıvanda yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından ölüb

Baş səhifə
Naxçıvanda yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından ölüb

Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.

“Report”un yerli bürosunun məlumatına görə, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.

Daha sonra onun vəfat etdiyi məlum olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.