Bakı. Trend:
Güclü siklonun dağıdıcı iz buraxmasından sonra paytaxtın bəzi
hissələrində artan sel suları ilə mübarizə davam edərkən,
Şri-Lankada azı 193 nəfərin həlak olduğu təsdiqlənib.
Trend xəbər verir
ki, məlumatı Aljazeera yayıb.
Fövqəladə Halların İdarəolunması Mərkəzi bildirib ki, Ditvah
siklonunun gətirdiyi daha güclü yağışlar qarşıdakı günlərdə bütün
ada boyunca davam edəcək və hazırda 220-dən çox şəxs itkin düşmüş
hesab olunur.
Daily Mirror-un məlumatına görə, itkin düşənlər arasında ölkənin
şimal-şərqindəki Çalai Laqununda yerləşən Hərbi Dəniz Qüvvələrinin
yarımstansiyasında daşan suyu yönləndirməyə çalışarkən son dəfə
görülmüş beş hərbi dənizçi də var.
Mərkəz qeyd edib ki, güclü hava sistemi ölkə üzrə demək olar ki,
15 min evi dağıdıb və təxminən 44 min insanı dövlət tərəfindən
qurulan müvəqqəti sığınacaqlara üz tutmağa məcbur edib.

