Əli Kərimlinin evindən Ramiz Mehdiyevin məktubu tapılıb

Baş səhifə

Bakı. Trend:

Xəbər verdiyimiz kimi DTX AXCP sədri Əli Kərimlinin evində
axtarış aparıb.

Trend-in əldə
etdiyi məlumata görə, axtarış zamanı evdən “Milyarderlər İttifaqı”
ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış
məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər
tapılıb.




Dəlillər AXCP sədrinin “Boz kardinal”la əlaqələrinin olduğu
şübhələrini ciddiləşdirir. İlkin araşdırmalar zamanı müxtəlif
ünvanlarda axtarışlar aparıldığı, çoxsaylı şahidlərin dindirildiyi,
əhəmiyyətli sübutlar əldə edildiyi barədə məlumatlar yayılıb.