Zelenskinin planı dəyişir

Baş səhifə

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Denis Şmıqala hərbi əməliyyatların gedişi və yenilənmiş prioritetləri nəzərə alaraq yeni milli müdafiə planı hazırlamağı tapşırıb.

Modern.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.

“Ukraynanın fundamental müdafiə sənədlərini, xüsusən də dövlətimizin müdafiə planını dəyişməyin vaxtı çatıb. Hərbi əməliyyatların gedişi göstərdi ki, prioritetlərin dəqiq nəyə görə yenilənməsi lazımdır. Biz razılaşdıq ki, Denis (Şmıqal – red.) dəyişikliklərlə bağlı ətraflı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək”, – Zelenski bildirib.

Ukrayna prezidenti həmçinin bildirib ki, müdafiə naziri Nikolayev və Xerson vilayətlərindəki missiyaları barədə hesabat verib. Bundan başqa, görüşdə mühüm infrastrukturun qorunması və müvafiq resursların yerləşdirilməsi ayrı-ayrılıqda müzakirə edilib.