
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evində axtarış aparıldığı bildirilir. Məlumata görə, Əli Kərimli barəsindəki araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə əlaqələndirilir.
Metbuat.az Globalinfo.az–a istinadən xəbər verir ki, proses çərçivəsində Əli Kərimli özü də saxlanılıb.
Partiya sədri nə kimi ittihamlar üzə saxlanıla bilər? Onu hansı mümkün cəza gözləyir?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, hazırda Əli Kərimlinin konkret hansı maddə üzrə təqsirli bilinməsi barədə rəsmi açıqlama yoxdur.
Onun sözlərinə görə, irəli sürülən iddialar təsdiqini tapacağı təqdirdə, hüquqi nəticələr ağır ola bilər:
“Ramiz Mehdiyevə qarşı dövlətə xəyanət (CM-nin 274-cü maddəsi), hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama (278-ci maddə), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması (193-1-ci maddə) ittihamları irəli sürülüb. Əgər Əli Kərimlinin Mehdiyevlə əlbir olduğu müəyyən edilər və məhkəmə bu barədə qərar qəbul edərsə, onu 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər”


