
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycan banklarının tikinti sahəsi üzrə
biznes kredit portfeli 1,512 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq
müqayisədə 9,2 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrünə
nisbətən isə 34,8 milyon manat 2,4% artıb.
Belə ki, tikinti sahəsi üzrə banklar tərəfindən verilmiş biznes
kreditlərin məbləği 2025-ci ilin oktyabrın 1-nə 1,502 miyard manat,
ötən ilin noyabrın 1-nə isə 1,477 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, cari ilin noyabrın 1-nə Azərbaycanda bankların
kredit portfeli 0,4% və ya 127,6 milyon manat artaraq 29,404
milyard manat olub. Kredit portfelinin 15,623 milyard manatı
(53,1%) biznes kreditləri, 9,232 milyard manatı (31,4%) istehlak
kreditləri, 4,548 milyard manatı (15,5%) isə ipoteka kreditləri
təşkil edib.


