Bakı.Trend:
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan
Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” Fərmnanı ölkədə
rəqəmsal inkişafın prioritetlərini özündə ehtiva edən sənəddir.
Trend xəbər
verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf
Agentliyinin təşkil etdiyi
“İKT Karyera Sərgisi 2025” çərçisində İnnovasiya və Rəqəmsal
İnkişaf Agentliyinin müavini Rəşad Xalıqov jurnalistlərə
açıqlamasında deyib.
O bildirib ki, bu konsepsiyaya əsasən, rəqəmsal inkişafın təmin
edilməsi üçün mühüm komponentlərdən biri ölkədə İKT sahəsində
fəaliyyət göstərən gənclərin bilik və bacarıqlarının
artırılmasıdır:
“Bu baxımdan belə İKT sərgilərinin təşkili çox əhəmiyyətlidir.
Sözügedən platformada məzunların, gənclərin, universitet və
təşkilatların biraraya gəlməsi xüsusi əhəmiyyət kəsb edir. Builki
sərgiyə 900-dən artıq gənc müraciət edib”.
O vurğulayıb ki, İRİA-nın bu istiqamətdə əsas məqsədi
universitet, şirkətlər, təşkilatlar və gənclər arasında qarşılıqlı
əlaqəni təşkil etməkdir.
“Azərbaycanda İKT sahəsində fəaliyyət göstərən gənclərin bilik
və bacarıqlarının yüksək səviyyəyə çatdırılması üçün layihələr
həyata keçiririk. Bunun da əsas məqsədi gənclərin beynəlxalq
şirkətlərdə, təşkilatlarda iş tapa bilməsinə çalışılmasıdır”, –
İRİA rəsmisi bildirib.
R. Xalıqov əlavə edib ki, bu tip sərgilər gələcəkdə də mütəmadi
olaraq təşkil ediləcək.

